Saxta düyünü əsl düyüdən necə fərgləndirək?
Bəzi düyülərin tərkibində saxta düyülər olur.
Bunun üçün diqqətli olmalı və test etməliyik.
Saxta düyünün əsasını formanı yaxşı saxlaması üçün plastik əlavə edilmiş kartof nişastası təşkil edir. Bir pors bu cür düyü yedikdə siz bir ədəd sellofan paket yemiş olursunuz. Ona görə də, düyü almazdan əvvəl onu yoxlamaq lazımdır.
Saxta düyünü əsl düyüdən fərqləndirmək üçün 4 üsulu təqdim edirik:
🟨 Su testi
1 xörək qaşığı düyünü soyuq suya ataraq sürətlə qarışdırın. Əgər düyü dənələri qabın dibində qalarsa deməli düyü təbiidir. Yox əgər dənələr suyun üzərində üzürlərsə, onda bu düyünün tərkibindən şübhələnmək lazımdır.
🟨 Alov testi
Düyünü kibritlə yandırın. Saxta düyü o dəqiqə alışaraq yanacaq və yanmış plastmas qoxusu yayacaq.
🟨 Əzilmə testi
Bir neçə ədəd düyü dənəsini əzin. Əsl düyü ağ una çevrilir. Saxta düyüdən isə sarımtıl rəngli kütlə alınacaq.
🟨 Kif testi
Əgər siz yemək hazırladığınız düyü yeməyinin zərərsiz olub-olmadığını öyrənmək istəyirsinizsə, o zaman bişmiş düyünü az miqdarda qapalı şəkildə isti bir yerdə saxlayın. Bir neçə gündən sonra əsil düyü kiflənəcək. Saxta düyü isə ilk günkü kimi qalacaq.
Besta düyüsü isə tam təbiidir.
Bunu özünüz test edib təsdiqləyə bilərsiniz 😊